Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyəli mütəxəssis Moldova millisində
Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, komanda Engin Fırata həvalə olunub. 49 yaşlı türkiyəli mütəxəssis bu postda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Semyon Altmanı əvəzləyib.
Onunla AVRO-2020-nin seçmə mərhələsinin sonuna qədər müqavilə bağlanılıb. H qrupunda yer alan Moldova millisi 8 turdan sonra 3 xalla sonuncu yerdədir. Komanda noyabrın 14-də Fransanın qonağı olacağı halda, 3 gün sonra İslandiyanı qəbul edəcək.
Qeyd edək ki, son olaraq ABŞ-ın “Dallas Siti” klubunun texniki direktoru qismində çalışmış Engin Fırat karyerası ərzində daha çox köməkçi-məşqçi funksiyasını yerinə yetirib.
Oxşar xəbərlər
Millidə yeni baş məşqçi - TƏYİNAT
“Neftçi”nin sabiq baş məşqçisi Moldova millisində - RƏSMİ
"Sabah" Moldova millisinin futbolçusunu transfer etdi
Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq? - FOTO
"Sabah"da xorvatiyalı baş məşqçi - təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası