reklam
Şahmatçılarımız Avropa çempionatında növbəti qələbəyə imza atdı
Sportfm.az xəbər saytı

Şahmatçılarımız Avropa çempionatında növbəti qələbəyə imza atdı


Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub.

Sportfm.az xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib.

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib.

Kişi şahmatçılarımız birinci turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.

Oxşar xəbərlər

Şahmatçılarımız Çexiya və Rumıniya ilə qarşılaşacaq
Komandamız fransızlardan üstün oldu
Avropa çempionatında Azərbaycanı beş şahmatçı təmsil edəcək
Şahmat millimiz İtaliyaya uduzdu, Litvaya qalib gəldi
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər