Azərbaycan millisi FIFA reytinqində gerilədi
FIFA milli komandaların yeni reytinqini açıqlanıb.
Sportfm.az xəbər verir ki, hesabat dövründə yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gələn, AVRO-2020-nin seçmə mərhələsində isə Macarıstana 0:1 hesabı ilə uduzan Azərbaycan millisi 2 pillə geriləyib.
Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1189 xalla 111-ci sırada qərarlaşıb.
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya 1 pillə irəliləyib. Zlatko Daliçin baş məşqçisi olduğu komanda 1631 xalla 7-ci sıradadır. Bir pillə geriləyən Uels 1524 xalla 24-cüdür. İKisi sıra aşağı düşən Slovakiya 1493 xalla 31-ci mövqedədir.Macarıstan isə 1429 xalla 50-ci yerdə qalıb.
Qeyd edək ki, ilk 4 sırada dəyişiklik olmayıb. Belçika 1755 xalla liderdir. Fransa 1726 xalla 2-ci, Braziliya 1715 xalla 3-cü, İngiltərə isə 1651 xalla 4-cü sıradadır. 1642 xala malik Uruqvay isə Portuqaliyanı keçərək 5-ci pilləyə yüksəlib.
Oxşar xəbərlər
Millimiz 1 pillə irəlilədi - FİFA reytinqi
Azərbaycan millisi 2 pillə gerilədi - FIFA reytinqi
Millimiz 5 pillə irəlilədi - FIFA reytinqi
Millimiz FIFA reytinqində gerilədi
Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Turan" 3 xal qazandı - Premyer Liqa















Misli Premyer Liqası