reklam
Merih Demiral üstündə
Sportfm.az xəbər saytı

Merih Demiral üstündə "dava qızışır"


Futbol üzrə Türkiyə milli komandası Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağa çox yaxındır.

 

Möcüzə baş verməsə, qardaş ölkənin yığmasını gələn il keçiriləcək qitənin mötəbər turnirində görə biləcəyik. Fransa ilə səfər heç-heçəsi Türkiyənin turnir vəziyyətini xeyli yaxşılaşdırıb.

Sportfm.az xəbər verir ki, həmin qarşılaşmanın ən yaxşılarından olan Merih Demirala Avropadan böyük təklif gəlib. “Mançester Yunayted” Türkiyə milli komandasının futbolçusunu transfer etmək istəyir. İngiltərə nəhəngi bunun üçün 30 milyon avrosundan keçməyə hazırdır.

 

Merih Demiral Merih Demiral

 

Demiral indi “Yuventus”da oynayır. İtaliya klubu müdafiəçini satmaq fikrində deyil. Az əvvəl “Milan”ın təklifinə də “yox” cavabı verilmişdi. Bu haqda “Yuventus”un idman direktoru Fabio Paratiçi danışıb. O, Demirala çox ehtiyac duyduqlarını söyləyib.

Əslində, “Mançester Yunayted” heç nə şirnikləndirici təklif irəli sürməyib. Demiralın gerçək transfer qiyməti 50 milyon avrodan az deyil.

Oxşar xəbərlər

Erlinq Haland da Merihin çağrışına qoşuldu - Yardım
Merih Demiralın yeni transfer qiyməti - 40 milyon
Türkiyəli müdafiəçi "Barselona"nın hədəfində - FOTO
Merih Demiralın qiyməti məlum oldu - 50 milyon avro
“Ronaldo məni əsgər salamı ilə qarşıladı” - Merih Demiral

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər