reklam
İki vətəni olan azərbaycanlı hücumçu, yığmamızın heyətində kimləri görmək istəyir? -
Sportfm.az xəbər saytı

İki vətəni olan azərbaycanlı hücumçu, yığmamızın heyətində kimləri görmək istəyir? -MÜSAHİBƏ


 Azərbaycan yığmasının şərəfini qorumuş futbolçularla silsilə müsahiblərimiz davam edir. Sportfm.az saytı bu dəfə bir zamanlar millmizdə çıxış etmiş, hazırda Latviyanın "AFA Olayn" klubunun hücumçu Vüqar Əsgərovla bir çox mətləblərə aydınlıq gətirib. 
 
- Azərbaycandan Latviyaya yol çox uzun görünür Vüqar.  
- Bunu mənə çox adam deyir. Valideynlərim vaxtilə bu seçimi edib. Onlar Liepaya şəhərinə köçüblər və burada yaşamağa başlayıblar.  
- Bu hadisə nə zaman baş verib?
- Təqribən, 1981-ci ildə. Böyük qardaşım burada dünyaya göz açıb. Mən isə valideynlərim vətəndə olanda, Sumqayıtda anadan olmuşam.  
- Təbii ki, bu sualı vermədən keçmək olmur. Futbolda atdığın ilk addımları necə xatırlayırsan?
- Bunun əslində maraqlı tarixçəsi var. Atam 11 yaşım olanda məni Farion adlı yaxın dostunun yanına aparıb. İlk məşqçim o olub. Artıq 16 yaşım olanda, Zunters adlı mütəxəssisin dəvəti ilə yerli "Metallurq”un əvəzedici heyətinə cəlb edildim. Sonra klubun 2-ci komandasında çıxış etməyə başladım. Onda biz ölkə çempionatının 1-ci liqasında çıxış edirdik.  
- Latviyalı gənc futbolçuların əksəriyyəti kimi, "Skonto”da forma geymək istəyirdin?  
- Mənim əsas istəyim, "Metallurq” komandasının heyətində "Skonto”ya qarşı oynamaq olub. Riqa klubu ilə matçlarda əla motivasiyamız olurdu. Hazırda "Skonto” 1-ci liqada mübarizə aparmasına baxmayaraq, ölkənin ən adlı-sanlı klubu olaraq qalır.
 - Yığmamızdan gələn dəvətə reaksiyan necə oldu?  
- Bu 2011-ci ildə baş verdi. Sentyabrda, AFFA rəsmilərindən bir nəfər Liepaya gəlmişdi. Biz onunla xeyli söhbət etdik. Noyabrın sonunda isə Bakıdan zəng gəldi. Məni toplanışa dəvət edirdilər. Əvvəlcə, mən inanmadım. Çünki dincəlmək üçün getdiyim Azərbaycandan yenicə qayıtmışdım. Latviyaya döndükdə, klubun direktoru mənə zəng vurub, yığmaya çağırıldığımı bildirdi. Bu həyatımın ən yaddaqqalan günlərindən biri idi.  
- Sonradan doğulduğun şəhərin komandası "Sumqayıt”da peyda oldun.  
- Bu keçid 2013-cü ildə alındı. "Metallurq”la yollarımı ayırmağa qərar vermişdim. Özümü daha güclü çempionatda sınamaq fikrində idim. "Sumqayıt”dan, doğma vətənimin komandasından gələn təklif isə lap yerinə düşdü. Orada, futbol karyeramın ən yaxşı günlərini keçirdim. Berti Foqts həmin dönəmdə məni daim yığmaya dəvət edirdi. Orada qalmaq istəyirdim. Vaqif Sadıqov məni AZAL-a dəvət etdi, sadəcə aldığım zədə mənə oynamağa imkan vermədi. "Araz-Naxçıvan”da məhz bu amilə görə möhkəmlənə bilmədim. Futbolda hər şeyə hazır olmaq lazımdır.  
- Yığmamızın son Çexiya matçını hansı hisslərlə seyr etdin?
- Burada komanda yoldaşlarıma Norveç və Çexiya ilə görüşlərdə 4 xal qazanacağımızı dedim. Evdə hamılıqla millimizin matçına baxırdıq. Həmin məqamda uşaqların yanında olmaq istəyirdim. Yaratdığımız hər təhlükəli epizod zamanı ucadan qışqırırdım. İslandlar bunu bacarıbsa, bizdə edə bilərik! Noyabrda Şimali İrlandiya ilə "döyüş”dən üzüağ çıxacağımızı düşünürəm.  
- Real olaraq Rusiyaya yollanmaq şansımız var?
- Mən buna inanıram. Almaniya ilə oyunlar təbii ki, çox çətin keçəcək. Digər komandaların hamısı "dişimizə görədi”. Dünya ulduzlarından Luis Suarez və Serxio Aquero millimizdə çıxış etsə, lap yaxşı olardı(gülür).  
- Vüqar, bizlərlə latışları fərqləndirən əsas cəhət nədir?
- Heç bilmirəm. Latışlar daim gülərüz olur, bizimkilərdə  elədir. Komandamızda daha bir azərbaycanlı futbolçu var. Əslən Bakıdan olan Orxan Həsənli ilə daim öz dilimizdə ünsiyyət qururuq.  
- Vüqar, özünü daha çox Azərbaycan latışı, yoxsa Latviya azərbaycanlısı hesab edirsən?  
- Mənim iki vətənim var. Özümü isə daha çox Azərbaycan latışı hesab edirəm.  

Oxşar xəbərlər

Şevçenkoya qarşı oynayan azərbaycanlını futboldan nə küsdürüb? (LAYİHƏ)
Rusiyada çıxış edən gənc futbolçu:"Azərbaycanda olan münasibətdən bezmişdim" - ÖZƏL, VİDEO
Azərbaycan çempionatının bombardiri olan futbolçu..."Evlərdə tavanları təmir edirəm..." - ÖZƏL
"Burada hamı "Neftçi"nin adını çəkir"... MÜSAHİBƏ
“Xəzər Lənkəran” bərpa olunarsa, geri dönərəm...ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər