reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Qarabağ"a qarşı intizam işi açdı


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdiyi cavab matçına görə "Qarabağ"a qarşı intizam işi açıb.  

Sportfm.az xəbər verir ki, Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna səbəb iyulun 31-də "Dalğa Arena"da keçirilmiş qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir.  

Bildirilib ki, bu məsələyə avqustun 22-də baxılacaq.  

İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxşar xəbərlər

UEFA "Qarabağ"a intizam işi açdı
UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi
UEFA "Qarabağ"ı cərimələdi
"Qarabağ"ı hansı cəza gözləyir? - klubdan açıqlama
UEFA "Qarabağ"a qarşı intizam işi açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər