Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Ancaq “Qarabağ”ı düşünürük" -Xulen Lopeteqi
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi oyun öncəsi fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, ispaniyalı mütəxəssis suallara cavab verib:
- Daha öncə “Atletik” və “Atletiko” klubları daha öncə Bakıda qalib gələ bilməyib. Bu barədə məlumatınız var? Bu, sizin üçün nə deməkdir?
- Axşamınız xeyir. Əlbəttə, bura gələn klublar haqda məlumatım var. Bu faktı bilirəm. Bu klubda güclü yerli və legioner futbolçular var. “Qarabağ” digər Avropa klublarının da işlərini çətinləşdirib.
- Sizin üçün burdan məğlubiyyət və ya heç-heçə ilə ayrılmaq nə demək olacaq?
- Çətinliklərə baxmayaraq, qalib gələcəyimizə inanırıq. “Qarabağ”ı güclü klub hesab edirik.
- “Sevilya”nın həftəsonu “Real”la oyunu var. Bəzi oyunçuları ehtiyatda saxlaya bilərsiniz?
- Bizim üçün bir oyun var. Ancaq “Qarabağ”ı düşünürük.
- Sabah heyətdə dəyişikliklər baş verəcək?
- Bütün futbolçular tam hazırdır. Sabah qərarımızı verəcəyik. Dəyişikliklər mümkündür.
- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?
- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.
- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.
Oxşar xəbərlər
"Essyen burdadırsa..." - David Luiz
“Almeydanın gedəcəyini təxmin edirdim” – Qurban Qurbanov
Dieqo Simeone:"Sabahkı oyun hamımız üçün vacibdi"
Gabi:"Sabah tam fərqli olacağını düşünürəm"
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası