Taekvondoçularımız Qran-pridə 1 qızıl, 1 bürünc medal qazandı
Yaponiyanın Çiba şəhərində keçirilmiş Qran-pridə Azərbaycan taekvondoçuları iki medal qazanıblar.
Sportfm.az xəbər verir ki, G4 kateqoriyalı yarışın son günü 80 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani qızıl medala sahib olub.
Harçeqani ardıcıl olaraq, fransalı İsmail Suhili, ispaniyalı Daniel Barreranı və italiyalı Simone Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetə qarşı döyüşdən də qalib ayrılan əslən iranlı legioner həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da yenib.
Daha əvvəl Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.
Yaponiya Qran-prisində Azərbaycanı ümumilikdə 8 taekvondoçu təmsil edib. Növbəti Qran-pri 18 - 20 oktyabrda Bolqarıstanın paytaxtı Sofiyada, final mərhələsi isə 6-7 dekabrda Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Oxşar xəbərlər
Elcan Hacıyev qran-pridə “bürünc” qazandı
Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
Yaponiya Qran-Prisində ölkəmizi 8 idmançı təmsil edəcək
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası