reklam
Üç idmançımız Avropa çempionatının finalına yüksəldi -
Sportfm.az xəbər saytı

Üç idmançımız Avropa çempionatının finalına yüksəldi -FOTO


Moskvada keçirilən uşu üzrə Avropa çempionatında 3 Azərbaycan idmançısı final mərhələsinə yüksəlib.

Sportfm.az xəbər verir ki, çempionatda komandamız yeniyetmə, gənc və kişilər kateqoriyalarında çinda və vinçun versiyaları üzrə mübarizə aparırlar.

Yeniyetmələr arasında uşunun çinda növündə Fətəli İsmayılov (60 kq), gənclərin mübarizəsində Seymur Həmidov (48 kq) və kişilərin yarışında isə Elçin Eminov (60 kq) finala vəsiqə qazanıblar.

F.İsmayılov və S.Həmidov finalda türkiyəli idmançılarla qarşılaşacaqlar. Üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı E.Eminov isə qızıl medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə mübarizə aparacaq.

Milli komandamızın üzvləri Vüsal Səfərov və Murad Dadaşov isə bürünc medal uğrunda yarışlarda qalib gəliblər.

Komandamız çempionatda federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi altında mübarizə aparır.

Oxşar xəbərlər

Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək
Dünya çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək
"Arktika" Bakı Kubokunda birincidir
Avropa çempionuna vəzifə verildi - FOTO
İslamiadanın 14-cü günü - TƏQVİM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər