reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin "Sumqayıt"la 17-ci dueli


Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.

Sportfm.az xəbər verir ki, bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədir. Komanda oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən qəsəbə təmsilçisi 4 qarşılaşmadan məğlub ayrılıb.

33 qolun vurulduğu matçlarda top fərqi də “Qartallar”ın xeyrinədir – 21:12. Komandanın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb. 

9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdir – 7:6.
Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komanda qapısını da toxunulmaz saxlaya bilib.

 

 

Oxşar xəbərlər

"Zirə"nin "Səbail"lə 10-cu dueli
"Zirə"nin "Keşlə" ilə 18-ci dueli
"Zirə"nin "Sumqayıt"la 18-ci dueli
"Zirə"nin "Neftçi" üstünlüyü - STATİSTİKA
17-ci duel, 9-cu ev oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər