Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanı dünya çempionatında 3 ağırlıqqaldıran təmsil edəcək
Sentyabrın 18-də Tailandın Pattaya şəhərində start götürəcək ağırlıqqaldırma üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, on gün davam edəcək yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında 3 idmançı çıxış edəcək. Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq) qadınların, Nailxan Nəbiyev (96 kq) kişilərin mübarizəsinə qatılacaq.
Qeyd edək ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Oxşar xəbərlər
Millimizin üçün heyəti açıqlandı - Avropa çempionatı
Qətər kubokunda ölkəmizi üç idmançı təmsil edəcək
Ağırlıqqaldıranımız beynəlxalq turnirdə qızıl medal qazandı
Avropa birinciliyində Azərbaycanı 9 idmançı təmsil edəcək
İdmançılarımızın dünya çempionatında çıxış cədvəli məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası