Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançılarımızın dünya çempionatında çıxış cədvəli məlum oldu
Azərbaycan ağırlıqqaldıranlarının Tailandın Pattaya şəhərində keçiriləcək dünya çempionatında çıxış cədvəli müəyyənləşib.
Sportfm.az xəbər verir ki, ilk olaraq mübarizəyə qadın atlet Səbinə Əzimova başlayacaq. 55 kq çəkidəki idmançı sentyabrın 19-da Bakı vaxtı ilə saat 19:30-da "körpücük" üzərinə çıxacaq.
Sentyabrın 21-də saat 14:55-də 59 kq-dakı Boyanka Kostova, sentyabrın 23-də saat 19:30-da isə 96 kq-dakı Nailxan Nəbiyev mübarizə aparacaq.
Qeyd edək ki, sentyabrın 18-də başlanacaq kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) yarışacaq.
Oxşar xəbərlər
İdmançılarımız İrəvanda nə vaxt çıxış edəcək? - məlum oldu
Dünya çempionumuz mübarizəyə başlayır - Avropa çempionatı
Atletimiz Tailandda uğursuzluğa düçar oldu
Azərbaycanı dünya çempionatında 3 ağırlıqqaldıran təmsil edəcək
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası