Məşhur futbolçunu döydülər -FOTO
İngiltərə millisinin üzvü Denni Drinkuoter Mançester şəhərində gecə klubunda döyülüb.
Sportfm.az xəbər verir ki, "Çelsi"nin "Börnli"yə icarəyə verdiyi yarımmüdafiəçi gecə klubunda spirtli içki qəbul edib. 29 yaşlı futbolçu "Skantorp Yunayted"in futbolçusu Denni Ntlenin sevgilisinə sataşıb. Sərxoş olan futbolçu Ntleye "Dostum, vecimə deyil, sevgilin bu gecə mənimlə getməlidir", - deyib. Nəticədə futbolçular dalaşıb. Səs-küy yarandığını görən mühafizə xidməti hər iki oyunçunu gecə klubundan kənarlaşdırıb.
Hadisə şahidlərindən biri Drinkuoteri altı şəxsin döydüyünü deyib.
Drinkuoteri "Börnli"dəki komanda yoldaşlarından birinin taksiylə hadisə yerindən uzaqlaşdırdığı bildirilir. Futbolçunun bir neçə günlük İspaniyaya qaçdığı deyilir.
Oxşar xəbərlər
Çempion komadan ayıldı - FOTO
22 yaşlı futbolçu qətlə yetirildi - Rusiyada
"Çelsi"nin futbolçusu “Kasımpaşa”da - RƏSMİ
Balotellinin çörəkxanada nə işi vardı? - FOTO
Qıza görə futbolçunu öldürdülər - DƏHŞƏT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası