Quba rayonunda stadionu kimlər məhv edir? -PROBLEM
Quba rayonunun Birinci Nüqədi kəndində yerləşən futbol meydançasında tikinti işləri aparılır. Amma bu bildiyiniz tikinti işlərindən deyil. Düşünməyin ki, qubalılar ağ günə çıxıb yeni stadiona qovuşacaqlar. Xeyr, Qubanın 10 minə yaxın əhalisi olan bu qədim kəndində onillərdir mövcud olan yaşıl meydança yox olmaq üzrədir.
Sportfm.az saytının redaksiyasına ünvanladıqları məktubda kənd sakinləri, Quba rayonunun Birinci Nüqədi kəndinin stadionunun ərazisində qeyri-qanuni tikintinin aparılmasına etiraz edirlər. Şikayətçilər Birinci Nüqədi bələdiyyəsinin həmin yerdə fərdi yaşayış evi tikməyə icazə verdiyini bildirirlər. Bələdiyyədən isə yerli əhaliyə çatdırıblar ki, bu sərəncam 10 il bundan əvvəl verilib. Sadəcə tikintini indi aparmaq qərarına gəliblər. Bir müddətdir ki, həmin ərazi hasarlanıb, bəzi yerlərdə isə tikilinin təməli atılıb. Bu duruma etiraz edən Birinci Nüqədi, Amsar, İkinci Nüqədi sakinlərinin yazdığına görə, uzun illərdir bu stadiona müxtəlif görüşlər keçirilir, uşaqlar futbolla məşğul olur. Onlar tələb edir ki, tikinti işləri təcili şəkildə dayandırılsın. Bu gedişlə kəndin ərazisində yerləşən stadion yox olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Kənd əhalisi məsələ ilə bağlı aidiyyatlı orqanların duruma müdaxilə etməsini istəyir. Sakinlərin saytımıza təqdim etdiyi şəkilləri təqdim edirik:


Oxşar xəbərlər
Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işləri başlandı - Formula 1
“Məhsul” stadionunda təmir işləri başladı
Azərbaycanda daha bir stadion məhv edildi - FOTOLAR
Stadionun yerinə şadlıq sarayı! - ÖZƏL, FOTO
"Snow Tubing" artıq Azərbaycanda -FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası