reklam
Geryenin
Sportfm.az xəbər saytı

Geryenin "Neftçi" ilə müqavilə şərtləri məlum oldu


“Qarabağ”dan ayrılan Vild-Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək. 

Sportfm.az xəbər verir ki, haitili cinah müdafiəçisi paytaxt klubu ilə iki illik müqavilə imzalamaq üçün Bakıya gəlib.

“Neftçi” yeni transferinə aylıq 15 min dollar maaş verəcək. Donald 77 nömrəli formanı seçib. Paytaxt təmsilçisi Geryeni ev və maşınla da təmin edib. Futbolçu sabah "ağ-qaralar"da məşqlərə başlayacaq.

30 yaşlı oyunçu 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay Gerye Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, intizamsılığına görə, ondan imtina edilmişdi.

Gerye Ağdam klubunda 55 oyuna 5 qol vurub.

Oxşar xəbərlər

Donald Gerye Polşa klubuna keçdi - Müqavilə
Donald Gerye rəsmən "Neftçi"də - FOTO
Gerye "Neftçi"yə keçir
"Qarabağ"ın futbolçusu "Neftçi"də - RƏSMİ
Gerye Azərbaycana qayıdır - “Neftçi”ylə danışıqları təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər