reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın futbolçusu "Neftçi"də -RƏSMİ


“Qarabağ”dan ayrılan Vild-Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək. 

Sportfm.az xəbər verir ki, haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib. Bu haqda "transfermarket.com" saytı da yazıb. Artıq tərəflər razılığa gəliblər və 2 illik müqaviləyə qol çəkəcəklər. 

“Neftçi” yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək. 

30 yaşlı futbolçu 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi. 

Gerye Ağdam klubunda 55 oyuna 5 qol vurub.

Oxşar xəbərlər

Donald Gerye Polşa klubuna keçdi - Müqavilə
Gerye bu dəfə hara gedəcək? - Ayrıldı
Geryenin "Neftçi" ilə müqavilə şərtləri məlum oldu
Gerye "Neftçi"yə keçir
Gerye Azərbaycana qayıdır - “Neftçi”ylə danışıqları təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər