reklam
Messi 10 ildən sonra...
Sportfm.az xəbər saytı

Messi 10 ildən sonra...


Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Mançester Siti” ilə oyunda het-trik edən "Barselona”nın hücumçusu Lionel Messi daha bir rekordu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, ÇL-də qollarının sayını 89-a çatdıran argentinalı bu dəfə fərqli göstərici ilə tarixə düşüb. 
Qarşılaşmanın 17-ci dəqiqəsində sabiq komanda yoldaşı Klaudio Bravonun qapısına yol tapan Leo çililinin meydandan qovulmasından sonra çərçivəyə keçən Vilfredo Kabalyeronu da 2 dəfə məyus edib. Superulduz bununla hollandiyalı Rud van Nistelroydan sonra Çempionlar Liqası matçında iki qapıçını məyus edən ikinci oyunçu olub. Nistelroy "Real”da olarkən 2006-cı ildə Kiyev "Dinamo”su ilə qarşılaşmada Aleksandr Şovkovski və Aleksandr Rıbkanı topu tordan çıxarmağa məcbur etmişdi.
Qeyd edək ki, Çempionlar Liqasında 7-ci dəfə het-trik edən Messi bu baxımdan öz rekordunu yeniləyib.

Oxşar xəbərlər

Messi mövsümü rekordla tamamladı
Ronaldodan tarixi nailiyyət
Messi ikinci oldu
Messi yenə tarixə düşdü
Messi rekordla başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər