reklam
“Sevilya”nın iştirak ərizəsi açıqlandı
Sportfm.az xəbər saytı

“Sevilya”nın iştirak ərizəsi açıqlandı


Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Sevilya” klubunun UEFA-ya təqdim etdiyi iştirak ərizəsi məlum olub.

Sportfm.az xəbər verir ki, La Liqa təmsilçisi 25 oyunçunun adını sifariş edib.

Baş məşqçi Xulen Lopeteqinin güvənəcəyi oyunçular bunlardı:

Qapıçılar: Tomaş Vaçlik (Çexiya), Bono (Mərakeş), Xavi Dias;

Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kapitan), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon;

Yarımmüdafiəçilər: Lukas Okampos, Ever Baneqa, Franko Vaskes (hamısı Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudeli (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan;

Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Nolito, Munir El-Haddadi, Brayan Gil.

Qeyd edək ki, “Sevilya” qrupda ilk oyununu sentyabrın 19-da səfərdə “Qarabağ”a qarşı keçirəcək. Kiprin APOEL və Lüksemburqun “Düdelanj” klubları da bu iki komandayla birgə A qrupunda yer alıb.

Oxşar xəbərlər

Mövsümün rəmzi komandası - Avropa Liqası
Avropa Liqasında həftənin rəmzi komandası - FOTO
"Sevilya"nın aparıcı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq - SİYAHI
"Sevilya" Bakıya 23 futbolçu gətirir - SİYAHI
APOEL "Qarabağ"la oyunlar üçün 21 futbolçu sifariş verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər