reklam
“Sabah”ın futbolçusu millidən kənarlaşdırıldı
Sportfm.az xəbər saytı

“Sabah”ın futbolçusu millidən kənarlaşdırıldı


Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportfm.az xəbər verir ki, “Sabah” klubunun futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.

Xatırladaq ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Oxşar xəbərlər

“Turan”ın futbolçusu millidən çıxarıldı
"Sabah"ın futbolçusu milliyə dəvət edildi
Millinin heyətində dəyişiklik
"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı
Almaniya və Türkiyə klublarının futbolçuları Azərbaycan millisində - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər