Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Şeydayev sabiq komandasına qarşı oynaya bilmədi!
Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, komanda 8-ci turda səfərdə "Krılya Sovetov"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başlayıb - 0:0.
R.Şeydayev sabiq klubuna qarşı görüşdə iştirak etməyib. O, səfər oyununu ehtiyat oyunçular siyahısından izləyib.
23 yaşlı futbolçu bundan əvvəlki turda "Tombov"la matçda da ehtiyatda qalmışdı.
Qeyd edək ki, "Dinamo" 9 xalla 11-ci , "Krılya Sovetov" isə 7 xalla 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, R.Şeydayev ötən mövsüm "Krılya Sovetov"da oynayıb.
Oxşar xəbərlər
Şeydayev oynadı, "Krılya Sovetov" qalib gəldi
Yeni baş məşqçi gəldi, Şeydayev...
Şeydayev yenə ehtiyatda qaldı
Ramil Şeydayev Rusiyadada öz "ampluasındadı"
"Krılya Sovetov" Ramil Şeydayevə ehtiyac duymadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası