reklam
“Linfild”i dəstəkləmək üçün Bakıya bir azarkeş gələcək
Sportfm.az xəbər saytı

“Linfild”i dəstəkləmək üçün Bakıya bir azarkeş gələcək


UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la səfər oyunu üçün Şimali İrlandiyanın “Linfild” komandasını dəstəkləmək Bakıya cəmi bir azarkeş gələcək.

Sportfm.az xəbər verir ki, həmin şəxs İngiltərənin Derbi şəhərindən olan Filipp Middltondur. O, avqustun 27-də London-Frankfurt-Bakı reysi ilə yola çıxacaq.

“Linfild” komandası isə eyni tarixdə çarter reysi ilə Bakıya uçacaq. Bu, klubun tarixində ən uzaq məsafəli səfər olacaq.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Sileks" Bakıya gəlir - Çarter reysiylə
"Qarabağ" - "Linfild" oyununun biletləri satışa çıxarıldı
"Qarabağ"ın rəqibi evdə 2:4 hesabı ilə uduzdu
Yunanlar Bakıya gəlir
"Qarabağ"ın rəqibi Bakıda nələr edəcək? - Məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər