Vurğun Hüseynov 300-ə çatdı
Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar oldu.
Sportfm.az xəbər verir ki, komandasının kapitanı olan təcrübəli müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirdi. “Qəbələ” ilə səfər matçında yubiley qeyd edən Vurğun bu müddətdə 8 qol vurub.
Karyerasına 2005/06 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 qol vurub. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəldi.
Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu oldu.
Oxşar xəbərlər
“Neftçi”nin futbolçuları üçün yubiley oyunu - Misli Premyer Liqası
İki kapitan, iki yubiley - 350-ci oyun
"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni uzatdı - 1 illik və 2 illik
Kapitan “Sumqayıt”ın tarixinə düşdü
Vurğun "Sumqayıt"ın tarixinə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA













Misli Premyer Liqası