reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Bney Yehuda"ya qarşı -YENİLƏNİR


“Neftçi” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. 

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi İsarildə “Bney Yehuda”nın qonağı olacaq. Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. 

“Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə görüşəcək. İsveç klubu evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu


21:00. “Bney Yehuda” – “Neftçi”

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hamısı İtaliya)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionu.

Oxşar xəbərlər

"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
"Bney Yehuda" - "Neftçi" matçının hakimləri açıqlandı
“Neftçi” – “Bney Yehuda” matçının biletləri satışda
"Neftçi" İsrail klubunu keçərsə... pley-offdakı yeni potensial rəqibləri
"Neftçi" - "Bney Yehuda" matçının hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər