Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bney Yehuda" - "Neftçi" matçının hakimləri açıqlandı
İsraildə "Bney Yehuda" və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Sportfm.az xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.
Referi Daniele Doveriyə Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim qismində kömək edəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.
Oxşar xəbərlər
"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
"Neftçi" - "Bney Yehuda" matçının hakimləri açıqlandı
"Qarabağ" - "Partizani" matçının hakimləri açıqlandı
"Neftçi"nin "Uypeşt" sınağı yunanıstanlı hakimlərə həvalə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası