reklam
Sportfm.az xəbər saytı

"Boka Xuniors" qapıçısını "Qarabağ"a satmağa razılıq verdi


"Boka Xuniors" "Qarabağ"ın maraqlandığı iddia edilən qapıçısı Marko Diası satmaq fikrinə düşüb.

Sportfm.az xəbər verir ki, Argentina klubu 33 yaşlı qolkiperin əvəzinə yeni qapıçı axtarmağa başlayıb.

Buenos-Ayres təmsilçisi Argentina kubokunun 1/16 final mərhələsində "Almaqro"ya penaltilər seriyasında uduzduğu matçdan sonra Diası satmağa qərar verib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə "Boka Xuniors"un yeganə qoluna yeni transfer Daniele De Rossi imza atıb. Penaltilər seriyasında isə Dias komandasına kömək edə bilməyib.

Daha öncə Argentina mətbuatı "Boka Xuniors"un "Qarabağ"ın təklifindən imtina etdiyini yazmışdı. Xəbərdə Ağdam klubunun Diasla maraqlandığı vurğulanıb.

Dias bu ilin əvvəlində "Urakan"dan "Boka Xuniors"a keçib. Təcrübəli qolkiperin müqaviləsi 2020-ci ilin yayında bitir.

Oxşar xəbərlər

Karlos Teveslə yollar ayrıldı - Hara gedəcək?
"Qarabağ" pul versəydi, transferim baş tutacaqdı" - "Boka Xuniors"un futbolçusu
“Boka Xuniors” “Qarabağ”ın təklifini geri çevirdi
"Qarabağ" "Boka Xuniors"un qapıçısına təklif göndərdi
"Boka Xuniors" finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər