reklam
Karlos Teveslə yollar ayrıldı -
Sportfm.az xəbər saytı

Karlos Teveslə yollar ayrıldı -Hara gedəcək?


Argentinanın "Boka Xuniors" klubu futbolçusu Karlos Teves ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu mətbuat konfransında məlumat verib.

O, artıq Buenos-Ayres təmsilçisində oynamayacağını bildirib: "Bu klubla vidalaşmayacağam, çünki həmişə "Boka Xuniors" azarkeşi olaraq qalacağam".

Qeyd edək ki, Karlos Teves 2001 - 2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək "Boka Xuniors"un formasını geyinib. Təcrübəli forvard karyerası ərzində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", İtaliyada isə "Yuventus" kimi klublarda çıxış edib.

 

Oxşar xəbərlər

Kavani "Boka Xuniors"da
Argentinalı hücumçu baş məşqçi oldu - Müqavilə
Məşhur futbolçu karyerasını bitirdi - 38 yaşında
Karlos Teves onlara lazımdır - FOTO
Argentinalı gedəcəyi vaxtı açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər