reklam
FİFA referisi döyüldü -
Sportfm.az xəbər saytı

FİFA referisi döyüldü -DƏHŞƏT


Xorvatiyalı FİFA referisi İvan Bebek ölkəsində fiziki təzyiqə məruz qalıb.

Sportfm.az xəbər verir ki, buna səbəb onun Xorvatiya çempionatının 3-cü turunda keçirilən "Hayduk" (Split) - "Lokomotiv" (Zaqreb) matçındakı qalmaqallı idarəçiliyi  olub.

Oyundan bir gün sonra  Bebek gecə klubu qarşısında bir qrup azarkeş tərəfindən döyülüb. Ciddi xəsarətlər alan tanınmış referi xəstəxanaya aparılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Xorvatiya Futbol Federasiyası məsələ ilə bağlı bəyanat yayıb. Cinayətkarların tezliklə tapılaraq cəzalandırılması üçün dövlət orqanlarına çağırış edilib.

Oxşar xəbərlər

Pley-off oyununu FIFA referisi idarə edəcək
“Dinamo” Zaqreb 17 qat Xorvatiya çempionu oldu
Cerrardın köməkçisi döyüldü - Taksi gözləyərkən
Hakim döyüldü, oyun təxirə salındı
Güləş yığmasının üzvü yol vermədiyi üçün güllələndi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər