Komandalarımız Gürcüstanda təşkil olunan turnirdə -FOTO
Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə avqustun 5-8-də bu ölkənin əlil amputant veteranları arasında yarış keçiriləcək.
Sportfm.az xəbər verir ki, ölkəsinin suverenliyi və ərazi bütövlüyü uğrunda əlil və şəhid olan şəxslərə həsr edilən yarışda iştirak üçün Gürcüstanın Müdafiə Nazirliyi Azərbaycan komandasına da dəvət göndərib.
Bununla əlaqədar Azərbaycanın Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşkilatçılığı ilə amputant komandalarımız iyulun 27-dən avqustun 2-dək Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak ediblər.
Yarışda Gürcüstanın 6, Azərbaycanın isə 2 (Qarabağ və Abşeron) komandası mübarizə aparacaq. Turnirin final matçı Qori şəhərində keçiriləcək. Final oyunundan sonra Gürcüstan azadlığı və bütövlüyü uğrunda şəhid olanların abidəsi ziyarət olunacaq.
Azərbaycanın Gürcüstandakı diaspor təşkilatlarının və səfirliyin nümayəndələri, ölkəmizin hərbi attaşesi də komandalarımızı oyunlar zamanı dəstəkləyirlər. Yarışdan əvvəl - avqustun 5-də Azərbaycanın Gürcüstandakı diaspor təşkilatlarının, səfirliyin nümayəndələri, eləcə də hərbi attaşesi, Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Oxşar xəbərlər
“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu - FOTO
Gürcüstanda marafon - Azərbaycan həsr edilmiş
“Qarabağ qaziləri” Türkiyədə yoldaşlıq görüşü keçirdi
Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi
Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası