reklam
2 güləşçimiz dünya çempionatının 1/4 finalında
Sportfm.az xəbər saytı

2 güləşçimiz dünya çempionatının 1/4 finalında


Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib.

Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib.

Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib.

Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
EYOF-un qalibi dünya üçüncüsü oldu
Yığmamızın iki üzvü Avropa çempionatının finalında
Güləşçimiz dünya çempionatının bürünc medalına sahib oldu - FOTO
Güləşçimiz dünya çempionatının dörddəbir finalına yüksəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər