Güləşçimiz dünya çempionatının dörddəbir finalına yüksəldi -FOTO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, üçüncü yarış günündə iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub.
Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev (70 kq) böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarı ilə başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub.
Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov (97 kq) mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib güləşçimiz dörddəbir finala yüksəlib.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Tatyana Omelçenko (59 kq) ilk mərhələdə rusiyalı rəqibi ilə bacarmayıb.
Oxşar xəbərlər
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
2 güləşçimiz dünya çempionatının 1/4 finalında
Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
Güləşçimiz dünya çempionatının bürünc medalına sahib oldu - FOTO
Güləşçimiz dünya çempionatının dörddəbir final mərhələsinə yüksəldi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası