reklam
EYOF-un qalibi dünya üçüncüsü oldu
Sportfm.az xəbər saytı

EYOF-un qalibi dünya üçüncüsü oldu


Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Murad Haqverdiyev dünya çempionatına inamlı qələbəylə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Haqverdiyev adını yarımfinala yazdırıb. Ancaq bu mərhələdə iranlı güləşçiyə uduzan Murad iyulun 31-də bürünc medal uğrunda mübarizə aparıb. Qırğızıstan təmsilçisi ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya 3-cüsü olub.

45 kq
1/8 final - Murad Haqverdiyev - Maqomed Maqomedovi (GEO) 10:0
1/4 final - Murad Haqverdiyev - Vladimir Qienko (RUS) 9:4
1/2 final - Murad Haqverdiyev - Əli Mehran Firuzyai (İRİ) 0:5
Bürünc medal görüşü - Murad Haqverdiyev - Vladislav Nikandrov (KGZ) 10:8

51 kq
Təsnifat - Riad Aslanov - Əli Əbülfəzl Zadegan (İRİ) 2:6

60 kq
1/8 final - Fərhad Kərimli - Arsim Bekirovski (MKD) 11:0
1/4 final - Fərhad Kərimli - Cesse Uayn Mendes (USA) 8:1
1/2 final - Fərhad Kərimli - İrfan Məhəmməd İlahi (İRİ) 2:12
Bürünc medal görüşü - Fərhad Kərimli - Yoşinosuke Aoyaqi (JPN) -:+

71 kq
Təsnifat - Məhəmmədəli Əliyev - Vicay Vicay (İND) 5:12

92 kq
1/8 final - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE)

Oxşar xəbərlər

Güləşçimiz ermənini məğlub etdi - Avropa çempionatı
Güləşçimiz ermənini məğlub edib, qızıl medal qazandı - Xatirə turniri
Güləşçilərimizin finalda rəqibləri açıqlandı - Xatirə turniri
Daha bir güləşçimiz medal qazandı
Azərbaycanın daha bir güləşçisi qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər