reklam
APOEL azarkeşləri üçün xüsusi təyyarə təşkil etdi
Sportfm.az xəbər saytı

APOEL azarkeşləri üçün xüsusi təyyarə təşkil etdi


Kiprin APOEL klubu "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.

Sportfm.az xəbər verir ki, çarter reysli təyyarə Larnakadan Bakıya avqustun 11-də axşam saatlarında uçacaq və oyundan dərhal sonra geri qayıdacaq. Onlar "Hyatt Regency" otelində yerləşdiriləcəklər. Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla 570 - 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.

Qeyd edək ki, APOEL "Qarabağ"la ilk oyununu avqustun 6-da Nikosiyada, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək. 

Oxşar xəbərlər

"Sileks" Bakıya gəlir - Çarter reysiylə
Yunanlar Bakıya gəlir
Zubirin agenti APOEL-ə sataşdı
APOEL-"Qarabağ" matçı nə vaxt başlayacaq?
"Qarabağ"ı izləyəcəklər - APOEL-in baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər