reklam
“Formula 1” yarışlarının sayı artacaq
Sportfm.az xəbər saytı

“Formula 1” yarışlarının sayı artacaq


"Formula 1"in növbəti mövsüm təqvimi genişləndirilə bilər.

Sportfm.az xəbər verir ki, Motorsport Week nəşrinin bldirdiyinə görə, növbəti mövsümdən Qran-prilərin sayı 22-ə çata bilər. İspaniya Qran-prisinin təşkilatçıları müqaviləni yenilədikdən sonra Formula 1 rəhbərliyi növbəti mövsüm üçün təqvimdən ancaq Almaniya Qran-prisini çıxaracaq. İspaniya və Böyük Britaniya Qran-priləri kimi Meksika və İtaliya Qran-prilərinin də yeni müqavilə imzalayacağı gözlənilir.

Belə olan halda növbəti mövsümün təqviminə yeni Qran-prilərdən Hollandiya və Vyetnam Qran-priləri əlavə olunaraq onların sayı 22-ə çatacaq. Mövsümün açılışı ənənəvi olaraq Avstraliyada keçiriləcək.

Qeyd edək ki, cari mövsümün təqvimində 21 Qran-pri mövcüddur.

Oxşar xəbərlər

Formula 1-in təqvimi açıqlandı - 8 mərhələ
Azərbaycan Qran Prisi təxirə salınır? - RƏSMİ
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Dünya çempionatının təqvimi təsdiqləndi
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər