reklam
Beylin Çin klubuna transferi baş tutmadı
Sportfm.az xəbər saytı

Beylin Çin klubuna transferi baş tutmadı


"Real"ın futbolçusu Qaret Beyl "Çzyansu Sunin" klubu ilə müqavilə imzalamaq üçün Çinə yollansa da, transferi reallaşmayıb.

Sportfm.az xəbər verir ki, Madrid təmsilçisi Çin klubu ilə anlaşmanı ləğv edib. Uels millisinin üzvü "kral klubu"na geri dönüb. 

30 yaşlı vingerin "Çzyansu Sunin"lə 3 illik müqavilə imzalayacağı gözlənilirdi. Onun illik maaşı 22 milyon avro olacaqdı. 

Ötən həftə komandanın baş məşqçisi Zİnəddin Zidan ulduz futbolçu ilə yolların ayrılacağını demişdi. 

"Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi.

Oxşar xəbərlər

Qaret Beyl "Tottenhem"də - 15 milyon
Beylin transfer qiyməti məlum oldu
Qaret Beyl Çin klubundan təklif aldı
"Tottenhem" Beyli geri qaytarmaq niyyətindədir
Zidan qərar qəbul etdi - Onu satır - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər