Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar Məmmədyarov bu gün daha üç oyun keçirəcək
Parisdə “Grand Chess Tour 2019” seriyasının dördüncü mərhələsinin oyunları davam edir.
Sportfm.az xəbər verir ki, ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının dördüncü turunda rusiyalı Yan Nepomnyaşi, beşinci turunda polşalı Kriştov Duda, altıncı turunda isə hollandiyalı Aniş Giri ilə mübarizə aparacaq.
Qeyd edək ki, iyulun 27-də keçirilmiş turnirin ilk turunda şahmatçımız rusiyalı Aleksandr Qrişukla heç-heçə edib, ikinci turda fransalı Maksim Vaşe-Laqrav, üçüncü turda isə amerikalı Hikaru Nakamuraya uduzub. Ş.Məmmədyarovun aktivində 1 xal var.
Oxşar xəbərlər
Məmmədyarov rapid yarışlarını 8-ci başa vurdu
"Şah" iki turda rəqiblərini mat etdi
Şəhriyar Məmmədyarov heç-heçə etdi
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası