Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan gimnastı EYOF-un gümüş medalını qazandı -FOTO
Azərbaycan atleti XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, gimnastımız Səməd Məmmədli dəstəli at yarışlarında uğurla çıxış edərək 13,600 xal toplayıb. O, bu nəticə ilə gümüş medala sahib olub.
Gimnastımız sərbəst hərəkətlərdə isə 13,733 xal toplayaraq altıncı yerdə qərarlaşıb.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.
Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.
Oxşar xəbərlər
"EYOF Bakı 2019 - əla təcrübə idi" - Britaniyalı gimnast
"Bakı 2019"un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşdi
Gimnastlarımız beynəlxalq yarışlarda medallar qazandı
Gimnastımız Berlində iki qızıl qazandı
İdman gimnastika üzrə dünya kuboku yarışlarına yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası