Azərbaycanlı futbolçu Dobrovolski ilə çalışacaq -FOTO
Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 26 yaşlı hücumçu rəsmi "Facebook" hesabından karyerasını Moldovada davam etdirəcəyi ilə bağlı paylaşım edib.
Novruzov ölkənin Yüksək Liqasında mübarizə aparan "Dinamo-Avto" klubu ilə müqavilə imzalayıb. Sözləşmənin detalları hələ ki, bəlli deyil.
Nurlan Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi komandaların formasını geyinib. O, son olaraq Türkiyənin "Dersim 62 Spor" kollektivində çıxış edib. Forvard 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.
Qeyd edək ki, Moldova klubunu 1993-cü ildə "Olimpik Marsel"in heyətində Çempionlar Liqasını qazanan İqor Dobrovolski çalışdırır.
Oxşar xəbərlər
Novruzov Litva klubunda - Transfer
Azərbaycanlı oyunçu klubsuz qaldı
Azərbaycan çempionatının bombardiri Estoniya klubunda
Novruzovun yeni klubu bəlli oldu
Topaz Premyer Liqasının bombardiri klubsuz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası