Prezident İlham Əliyev Azad Rəhimovu ordenlə təltif etdi
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb.
Sportfm.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb.
Sərəncama əsasən, Gənclər və İdman naziri Azad Rəhimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bundan başqa, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov 2-ci dərəcəli “Vətənə xidmətə görə”, nazir müavini Fərhad Hacıyev və nazirliyin aparat rəhbəri Rüfət Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər.
Həmçinin 4 nəfər “Tərəqqi”, 23 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.
Oxşar xəbərlər
Prezident Ağacan Abiyevi təltif etdi
Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi
İlham Əliyev idmançılarımızı təltif etdi - SİYAHI
İdman mütəxəssislərimiz təltif edildi - "Prezidentin fəxri diplomu” ilə
Paralimpiya Komitəsinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası