reklam
Sportfm.az xəbər saytı

"Audi" "Barselona"nın futbolçularından avtomobillərini geri istədi


"Audi" şirkəti İspaniyanın "Barselona" klubu ilə əməkdaşlığı dayandırıb.

Sportfm.az xəbər verir ki, Kataloniya təmsilçisi ilə müqavilə iyunun 30-da başa çatıb. Bundan sonra Almaniya avtomobil şirkəti "Barsa"nın oyunçularından konsernin avtomobillərini qaytarmalarını xahiş edib. Həmin maşınlar sponsorluq sözləşməsinin qüvvədə olduğu müddətdə futbolçulara pulsuz təqdim olunmuşdu.

Klub Asiya turundan qayıtdıqdan sonra avtomobilləri geri verməlidir. "Volkswagen Group"a daxil olan şirkət komandanın futbolçularının səfərlər zamanı rəqib şirkətinin maşınlarından həddən artıq yararlanmalarından narazı qalıb.

Qeyd edək ki, "Barselona" iyulun 27-də Yaponiya "Vissel Kobe"si ilə yoldaşlıq görüşü keçirəcək. Hazırda "Vissel Kobe"də Kataloniya komandasının sabiq futbolçusu Andreas İnyesta çıxış edir. 

Oxşar xəbərlər

İnyesta yeni müqavilə imzaladı - Yaponiyada qalacaq
35 yaşında 37-ci kuboku qazandı
Əfsanə geri qayıdır
Andres İnyesta inanmır! - Neymarın dönəcəyinə
İnyesta Yaponiya klubu ilə razılaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər