reklam
Qılıncoynatma üzrə dünya çempionatına start verildi
Sportfm.az xəbər saytı

Qılıncoynatma üzrə dünya çempionatına start verildi


Macarıstanın paytaxtı Budapeşt şəhərində qılıncoynatma üzrə dünya çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, iyulun 23-nə kimi davam edəcək turnirdə Azərbaycan yığma komandası kişilərin şpaqa və qadınların sabliya yarışlarında təmsil olunacaq.

Şpaqada Kənan Əliyev və Ruslan Həsənov, sabliyada isə Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova çıxış edəcəklər. Yarışın proqramına əsasən, bu gün Kənan Əliyev və Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında ilkin mərhələdə mübarizəyə qoşulacaq. Şpaqaçılarımız 64-lüyə düşəcəyi təqdirdə iyulun 19-da bu kateqoriya üzrə əsas mərhələdə mübarizəni davam etdirəcəklər.

Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova isə iyulun 17-də qadın sabliyaçıların şəxsi yarışında ilkin mərhələdə qüvvələrini sınayacaqlar. Qadın sabliyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri iyulun 20-də keçiriləcək. Qadın sabliyaçılarımız iyulun 23-də dünya çempionatının sonuncu günündə komanda yarışında mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Yığmamız 8-ci oldu
Qılıncoynadanlarımızdan uğursuz nəticə - Dünya Kuboku
İdmançılarımız Dünya Çempionatında
Şpaqaçılarımız AÇ-ni medalsız başa vurdu
İdmançılarımız qran-prinin əsas mərhələsində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər