Klublarımızın avrokubok gəlirləri – 240 min avro...
UEFA 2019/20 mövsümü üçün Avropa kuboklarında mübarizə aparan klublara ayırdığı gəliri açıqlayıb.
Sportfm.az xəbər verir ki, bununla bağlı hesabat qurumun saytında yayımlanıb. Yeni mövsüm Çempionlar Liqası, Avropa Liqası və UEFA superkubokundan kommersiya daxilolmaları 3,25 milyard avro məbləğində dəyərləndirilir.
Çempionlar Liqası
İlkin mərhələ: 230 min avro
Birinci mərhələ: 280 min avro
İkinci mərhələ: 380 min avro
Üçüncü mərhələ: 480 min avro
Pley off: Bu mərhələ üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından onlara mükafat veriləcək.
Qrup mərhələsi: 32 komandanın hər birinə 15,25 milyon avro
Qrupda qələbə üçün: 2,7 milyon avro
Heç-heçə üçün: 0,9 milyon avro
1/8 finala çıxmağa görə: 9,5 milyon avro
1/4 finala çıxmağa görə: 10,5 milyon avro
1/2 finala çıxmağa görə: 12 milyon avro
Finala çıxmağa görə: 15 milyon avro
Çempionlar Liqasının qalibinə: 4 milyon avro
UEFA superkubokunda iştiraka görə: 3,5 milyon, qalib olmağa görə əlavə 1 milyon avro
Avropa Liqası
İlkin mərhələ: 220 min avro
Birinci mərhələ: 240 min avro
İkinci mərhələ: 260 min avro
Üçüncü mərhələ: 280 min avro
Pley-off: 300 min avro (yalnız məğlublar üçün. Qalib komanda qrupa vəsiqə qazandığından onlara mükafat ödəniləcək)
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro.
Qrupda qələbə üçün: 570 min avro
Heç-heçə üçün: 190 min avro
Qrupun qalibinə: 1 milyon avro
Qrup ikincisinə: 500 min avro
1/16 finala çıxmağa görə: 0,5 milyon avro
1/8 finala çıxmağa görə: 1,1 milyon avro
1/4 finala çıxmağa görə: 1,5 milyon avro
1/2 finala çıxmağa görə: 2,4 milyon avro
Finala çıxmağa görə: 4,5 milyon avro
Qalib əlavə 4 milyon avro qazanacaq
Xatırladaq ki, 2019/20 mövsümündə Azərbaycanı avrokuboklarında dörd komanda təmsil edir. "Qarabağ" Çempionlar Liqası, "Neftçi" və "Səbail" Avropa Liqasının birinci mərhələsindən mübarizəyə başlayıb. Ölkə kubokunun sahibi "Qəbələ" isə Avropa Liqasına ikinci mərhələdən qoşulacaq.(qol.az)
Oxşar xəbərlər
"Qarabağ" bu mövsüm nə qədər qazanıb?
UEFA-dan "Qarabağ"a 570 min avro mükafat
"Qarabağ"ın UEFA-dan alacağı mükafat bəlli oldu
"Qarabağ"ın qazancı müəyyənləşdi
Çempionlar Liqası və Avropa Liqasının mükafatları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası