reklam
Sportfm.az xəbər saytı

"Partizani"nin bu qədər müdafiədə oturacağını gözləmirdik" -Qurban Qurbanov


Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubuyla heç-heçə edən (0:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, 47 yaşlı mütəxəssis matçın çətin keçdiyini deyib: 

- Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik. 

- Bu matçı ötən mövsüm "Kukesi" ilə 0:0 hesbalı heç-heçə etdiyiniz ilk oyunla müqayisə etmək olar?

- Düşünmürəm. "Kukesi" və "Partizani" fərqli keyfiyyətlərə malik komandadır. Bir il öncə keçirilən oyunu düşünmürəm.

 

Oxşar xəbərlər

"Qarabağ" - "Partizani" oyununda ehtimal 11-liklər
"Qarabağ"ın rəqibinin uğursuz səfər seriyası
"Partizani" - "Qarabağ" oyununda ehtimal 11-liklər
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
"Qarabağ" üçün Albaniya çempionu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər