reklam
“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı
Sportfm.az xəbər saytı

“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı


Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası Türkiyənin futbol komandası “Trabzonspor”la bağlı qərarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, qərarda klubun 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyi vurğulanıb. 

Nəticədə Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası “Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakını dayandırıb.

Qeyd olunub ki, cəzanın qüvvədən düşməsi üçün klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməlidir. 

Oxşar xəbərlər

"Trabzonspor" avrokuboklardan kənarlaşdırıldı - Feyr-pley qaydalarını pozduğuna görə
UEFA verdiyi cəzanı ləğv etdi
Klublar "Mançester Siti"nin Çempionlar Liqasından kənarlaşdırılmasını tələb etdi
UEFA-dan məcburi addım - Öhdəlik vaxtı uzadıldı
Onlar "Keşlə"nin aqibətini yaşadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər