Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA verdiyi cəzanı ləğv etdi
UEFA Qazaxıstan klubuna verdiyi cəzanı ləğv edib.
Sportfm.az xəbər verir ki, Avropa futbol qurumu sözügedən klubun qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakını yasaqlamışdı.
Lakin UEFA-nın Klublara Maliyyə Nəzarət Orqanının son məlumatına görə, "Ordabası” avrokuboklardan kənarlaşdırılmayacaq. Belə ki, Şimkent təmsilçisi 2019-cu ilin dekabrında müəyyən olunmuş maliyyə meyarlarını yerinə yetirdiyi üçün avrokuboklarda iştiraka qoyulan qadağa aradan qaldırılıb.
"Ordabası"ya Bakı "İnter"inin (indiki "Keşlə") sabiq çalışdırıcısı - gürcü Kaxaber Tsxadadze rəhbərlik edir. Komanda ötən mövsüm Premyer Liqanı 3-cü pillədə bitirdiyi üçün Avropa Liqasında iştirak hüququ qazanıb.
Oxşar xəbərlər
UEFA "Qarabağ"a ödəniş etdi - 200 min avro
UEFA "Qarabağ"a ödəniş etdi
“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı
"Milan" avrokuboklara buraxıldı
Onlar "Keşlə"nin aqibətini yaşadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası