reklam
Rəmzi komandaya ən çox düşən futbolçular açıqlandı -
Sportfm.az xəbər saytı

Rəmzi komandaya ən çox düşən futbolçular açıqlandı -SİYAHI


Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə rəmzi komandaya ən çox düşən futbolçular açıqlanıb.

Sportfm.az xəbər verir ki, siyahıda ölkə çempionu "Qarabağ"ın 8 futbolçusu yer alıb.

"Neftçi"dən 3, "Qəbələ"dən isə 1 oyunçu mövsümün komandasına düşə bilib. “İnstat Sport” şirkətinin mövsüm ərzində açıqladığı həftənin komandasına ən çox Səlahət Ağayev ("Neftçi"), Abdullah Zubir və Mahir Emreli (hər ikisi "Qarabağ") seçilib. Onlar 10 dəfə "11-lik"də yer alıblar.

"Qarabağ"dan Dani Kintana ilə Donald Gerye və "Qəbələ"dən Ceyms Adeniyi 9, Ağdam təmsilçisinin digər oyunçuları - Filip Ozobiç, Miçel Madera və Bədavi Hüseynov 8 dəfə rəmzi komandaya düşüblər.

"Qəbələ"dən "Neftçi"yə keçən Voislav Stankoviç və flaqmanın digər müdafiəçisi Kiril Petrov hərəyə 6, Maksim Medvedev və Abbas Hüseynov (hər ikisi "Qarabağ") isə hərəyə 5 dəfə "11-lik"də olublar.

Oxşar xəbərlər

Ağdam klubunun 9 futbolçusu rəmzi komandada - FOTO
Azərbaycanda oynayan ən bahalı futbolçular məlum oldu - SİYAHI
Azərbaycan Premyer Liqasında 14-cü turun rəmzi heyəti - FOTO
Azərbaycan Premyer Liqasında turun oyunçusu müəyyənləşdi
Abbas yenə ora düşdü - Premyer Liqada XII turun rəmzi komandası açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər