"Minsk 2019":Azərbaycanın daha bir karateçisi yarımfinala yüksəldi
Azərbaycanın daha bir karateçisi "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, 84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı qrup mərhələsində məğlub olmayıb.
A qrupunda yer alan karateçi öncə hollandiyalı Tirol Darnel Lardini məğlubiyyətə uğradıb - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib.
İdmançı üçüncü dueldə isə türkiyəli Alparslan Yamanoğlunu sınağa çəkib. Bu görüşdən də qələbə ilə ayrılan Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.
Qeyd edək ki, daha öncə qadın karateçi İrina Zaretska (68 kq) yarımfinala vəsiqəni təmin edib. Roman Heydərov (kata) isə bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorgunerlə qarşılaşacaq.
Oxşar xəbərlər
Zaretska ilk görüşdə uduzdu - Avropa çempionatı
Azərbaycan karateçiləri Dünya Oyunlarında iştirak edəcək
Rafael Ağayev II Avropa Oyunlarını gümüş medalla başa vurdu
Karateçimiz Avropa Oyunlarının qalibi oldu
"Minsk 2019": Karateçilər mübarizəyə qoşuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası