reklam
Rusiyalı milyarder
Sportfm.az xəbər saytı

Rusiyalı milyarder "Neftçi"nin rəqibinə milyonlar ayırdı


Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi olan Rusiyanın "Arsenal" klubu böyük məbləğdə maliyyə yardımı alıb.

Sportfm.az xəbər verir ki, Özbəkistan əsilli milyarder Əlişir Usmanov Tula təmsilçisinə 600 milyon rubl (hazırkı məzənnə ilə 16 milyon 140 min manat) ayırıb. Bu barədə iş adamı özü yerli mətbuata açıqlama verib. 

Qeyd edək ki, "Neftçi" I mərhələdə Moldovanın "Sperantsa" klubu ilə qarşılaşacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Arsenal"a rəqib olacaq.
Onu da qeyd edək ki, Əlişir Usmanov London "Arsenal"ının səhmlərinin 14.5 faizinin sahibidi.

Oxşar xəbərlər

"Neftçi" - "Sperantsa" oyunun vaxtı açıqlandı
Usmanov İngiltərənin futbol klubunu almaq istəyir
Rusiyalı milyarder klubsuz qalacaq!
"Milan"a daha bir milyarder tamah saldı
Rusiyalı milyarder Belçika klubunu ala bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər