reklam
Legionersiz qalan
Sportfm.az xəbər saytı

Legionersiz qalan "Araz"


14-cü dəfə ölkə çempionu tituluna yiyələnən “Araz” futzal klubu yenidən qurulur. 

Sportfm.az xəbər verir ki, Yüksək liqa başa çatar-çatmaz Xətai Bağırovla vidalaşan Naxçıvan təmsilçisi bir müddət sonra iranlı Məhəmmədtaha Neyməti ilə də yolları ayırmışdı. 

Daha doğrusu, müqaviləsinin müddəti bitən Neyməti vətəninə istirahətə yollandıqdan sonra özünə klub tapdı. 

Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında əsas pay sahiblərindən olan iranlı legioner ölkəsinin iddialı komandalarından “Saniç” ilə anlaşıb. 

Saveh şəhəri təmsilçisi son mövsümü 5-ci pillədə başa vurub. Buna baxmayaraq, “Araz”ın heyətində daha 4 iranlı qalırdı. 

Artıq Sadiq Cavid, Hüseyn Seyidəbülfəz, Məsud Nəsirzadə və Əli Mikaili də Naxçıvan təmsilçisinin sıralarını tərk edib. Başqa sözlə, komanda legionersiz qalıb. 

 

Oxşar xəbərlər

"Araz" Çempionlar Liqasının əsas mərhələsində - Uğur
Çempionu daha bir oyunçu tərk etdi
Ötən mövsüm azarkeşlərə qorxulu anlar yaşadan futzalçı "Araz"da
“Araz” legionerlərdən imtina etdi
Naxçıvan klubu "İran bazarı"na üz tutur - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər