reklam
Azərbaycanlı kikboksçu Çində qalib oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanlı kikboksçu Çində qalib oldu -FOTO


Azərbaycanlı kikboksçu Ramal Aslanov Çində keçirilən beynəlxalq yarışın qalibi olub.

Sportfm.az xəbər verir ki, "Lord" ləqəbli Aslanov Su Liu adlı yerli idmançını məğlubiyyətə uğradıb.

Döyüşü barədə danışan 27 yaşlı kikboksçu güclü rəqibə qalib gəldiyini açıqlayıb: "FF döyüş təşkilatının ən güclüləri burada yarışırdı. Mən 2016-cı ildə Çində Qran Prinin qalibi olmuşdum. Ən güclü 8 idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olmuşdu. Üstəlik, o, "Glory 57"nin də çempionu idi".

Aslanov rəqibini necə məğlub etməsindən də danışıb: "Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə də bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım".

Təcrübəli idmançı yarışa əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında çıxdığını və qarşılaşmadan sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdən təbrik aldığını da əlavə edib.

Oxşar xəbərlər

Üçqat dünya çempionu vitse-prezident oldu - Təyinat
Azərbaycanlı “Professor” “Yırtıcı”nı məğlub etdi
Dörd kikboksçumuz Avropa çempionatının finalında
“Tank” ləqəbli boksçumuz döyüşə çıxır
Kikboksçumuz Almaniyada çempion oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər