reklam
Futbolçu bəylə gəlinin ölümünə səbəb oldu -
Sportfm.az xəbər saytı

Futbolçu bəylə gəlinin ölümünə səbəb oldu -FOTO


Meksikalı futbolçu Co Malek avtomobili ilə qəza törədib.

Sportfm.az xəbər verir ki, 20 yaşlı futbolçu avtomobili ilə öz toylarına gedən cütlüyün avtomobilinə çırpılıb.

Nəticədə, Alexandro Kastra və Mario Peno adlı cütlük hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan futbolçu isə polis tərəfindən saxlanılıb. Məlum olub ki, Malek avtomobil idarə edərkən sərxoş olub.

Qəza baş verən gecə İnstaqramın hekayə bölməsində əlində içki qədəhi ilə rəqs edərkən çəkdirdiyi fotonu paylaşan futbolçunun qəzadan sonra hesabı silinib.

Meksikanın “Santos” klubunda forma geyinən və gələcəyinə ümidlə baxılan futbolçulardan biri olan Co Malekin qəza əsnasında içkili olduğu təsdiqini taparsa, onu ağır həbs cəzası gözləyir.

Qeyd edək ki, futbolçunun atası kamerunlu fubtolçu Yan-Klod Malekdir. O, “Santos”un uşaq akademiyasında oynayan zaman böyük klubların diqqətini çəkib. İlk olaraq Portuqaliyanın “Porto” klubuna icarəyə verilib. Daha sonra “Sevilya”da forma geyinib.

 

Oxşar xəbərlər

Ulduz futbolçunun avtomobili tramvayla toqquşdu - FOTO
“Mançester Yunayted”in futbolçusu qəza keçirdi – FOTO
Klub prezidenti 4 nəfərin ölümünə səbəb oldu - Hadisə
İdmançı 2 nəfərin ölümünə səbəb oldu - FOTO
"Qarabağ"ın futbolçusu qəzaya düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər